
Laminat Şüşələr
Laminat Şüşə
Xüsusiyyətlər
Laminat şüşə istehsalı rəngli və rəngsiz olmaq üzrə iki yerə ayrılan, xüsusi yapışdırıcı xüsusiyyətə malik polivinil butiral (PVB) adlı maddə ilə, iki və ya daha çox şüşə təbəqənin bir birinə isti və təzyiq altında birləşdirilməsindən əmələ gəlir. Qırılma anında qırılan hissələri dağılmağa qoymur və yerində saxlayır və yaralanma riskini minimuma endirir və bu xüsusiyyətinə görə təhlükəsizlik şüşələri sinfinə aid edilir. Laminat Şüşələr bir tərəfdən digər tərəfə keçişlərin tam qarşısının alınmasında və ya ləngidilməsində düzgün seçimdir. Buna görədə, istifadə sahələrində vitrin şüşələrində, əyimli və başüstü şüşələrdə istifadə olunan şüşə paketin iç hissəsələri üçün tipik və standart həll yoludur. Laminat şüşələr aşağı UV keçirgənliyi xüsusiyyətinə görə əşyaların təbii rənglərinin uzunmüddətli qorunması baxımından da yararlıdır.








Xəbərdarlıq
Xəbərdarlıq Laminat şüşə vahidlərinin statik və mexaniki hesablamaları montaj edən firmaya aiddir. Şüşə kombinasiyasından yaranabiləcək problemlərdən Azər Şüşə firması məsul deyildir. Laminat şüşələrin saxlanma şəraiti çox önəmlidir. Montajdan öncə və sonra, laminat şüşələr yağış, qar suyu, hər hansı bir kimyəvi maddə, yüksək nəmişlik, temperatur və s. başqa digər kənar təsirlərə məruz qalmamalıdır. Montaj öncəsi laminat şüşələr beton və ya torpaq səth üzərində, yaş və ya rütubətli şəraitdə saxlanılmamalıdır. Laminat şüşələrin kənarlarının və varsa səthində olan deşiklərin həm nəmli hava həmdə suynan təması əngəllənməlidir əks halda Azər Şüşə firması bundan yaranabiləcək hər hansı problemə görə məsuliyyət daşımır. Laminat şüşələrin daşınması uyğun şəraitdə və düzgün şəkildə edilməlidir. Laminat şüşə vahidləri mexaniki zərbəyə məruz qalmamalıdırlar.




